Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neftin bir barrelinin qiyməti yaxın zamanda 100 dollara çatacaq.

Unikal.org xəbər verir ki, "Yaxın Şərqdə nə isə baş versə, neft qiyməti üçrəqəmli göstəricilərə qalxacaq. Bu ssenarinin tam real olduğunu hesab edirəm,- deyə "Akap Energy analitik şirkətinin təsisçisi Aniş Kapadiya bildirib.

O, hələ bundan təxminən il yarım əvvəl neft qiymətinin 60-70 dollara çatacağını proqnozlaşdırdığını xatırladıb. Kapadiyanın sözlərinə görə, həmin vaxt bazar iştirakçıları onun bu proqnozunu məsxərəyə qoysa da, sonra bu reallığa çevrildi.

London ICE birjasında Bakı vaxtı ilə 20:45-ə olan sövdələşmələrin yekunlarına görə, neftin iyun ayına olan tədarük qiyməti (füçers) 72,45 dollar təşkil edib. Aprelin 11-də 2014-cü ildən bəri ilk dəfə olaraq "Brent markalı neft 73 dollara qədər bahalaşmışdı.