14 Dekabr 2018
Qarabağ 15-ə çatdı
İDMAN 14:16 2018-04-16
  • A

"Qarabağın Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.

Unikal.org xəbər verir ki, Ağdam klubu 23-cü turun "Kəpəzlə səfər matçındakı 1:0 hesablı qələbə ilə seriyanın ikinci "onluğunu yarılayıb. Cari mövsümdə yalnız bir məğlubiyyəti olan Qurban Qurbanovun yetirmələri 9-cu turun 2017-ci il oktyabrın 22-də keçirilən "Qəbələ ilə səfər matçından (0:1) sonra məğlubiyyət acısı yaşamır. "Qarabağ bu 15 qarşılaşmada 11 qələbə qazanıb, 4 heç-heçə edib ki, bu da komandanın hesabına 37 xal gətirib.

Qeyd edək ki, ardıcıl 15 oyunda uduzmayan "Qarabağ özünün Azərbaycan çempionatlarındakı nəticəsini - 2015/16 mövsümündəki göstəricini təkrarlayıb.