"Realın baş məşqçisi Zinəddin Zidan "Barselonanın futbolçusu Andre İnyesta barədə danışıb.

Unikal.org xarici mətbuata istinadən  xəbər verir ki, Zidan İnyestanın oyunundan zövq aldığını deyib. O, 2010-cu ildə "qızıl topu məhz İnyestanın qazanmalı olduğunu da bildirib:

"Onunla yolumuz iki-üç dəfə kəsişib və söhbətimiz möhtəşəm alınıb. Çünki İnyesta olduqca təmkinli insandır. Mən meydanda bütün qüvvəsini sərf edən, ancaq onun hüdudlarından kənarda özünü sakit aparan insanları sevirəm.

İnyesta ilə münasibətlər barədə ancaq yaxşı sözlər deyə bilərəm və onun futbolunun heyranıyam. Ona ən yaxşı arzularımı çatdırıram. Onu da deyim ki, 2010-cu ildə - İspaniya dünya çempionu olarkən, "qızıl topu qazanmağı İnyesta haqq etmişdi.

2010-ci ildə mundialın finalında İspaniyanın yeganə qolunu İnyesta vurmuşdu. Həmin il "qızıl topu Messi qazanmışdı.