"Barselona klubunun prezidenti Xosep Mariya Bartomeu hazırda "PSJnin şərəfini qoruyan Neymarı kluba geri qaytarmaq istədiyini bildirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Marca məlumat yayıb.

"Ən yaxşı futbolçular İspaniya çempionatında çıxış edəndə bu mənə həqiqətən ləzzət edir. Əlbəttə ki, Neymarın "Barselonaya geri dönməsinə çox sevinərdim, - deyə katalon klubunun prezidenti bildirib.

Xatırladaq Neymar Fransa çempionatının səviyyəsindən və Parisdəki yaşayışdan narazı olduğu üçün "PSJni tərk etmək qərarına gəlib. Mart ayının ortalarında onun atasının vasitəçiliyi ilə "Reala keçidi ilə bağlı danışıqlara başladığı haqqında xəbərlər yayılıb.

İspaniyanın idman mətbuatı forvardın öz karyerasını "Barselonada davam etdirəcəyi ehtimalının yüksək olduğunu yazır.