UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bir oyununun hakim təyinatı açıqlanıb. 

Unikal.org  xəbər verir ki, qitə futbol qurumu cavab matçları çərçivəsində keçiriləcək "Real - "Bavariya görüşününün hakimlər briqadasını açıqlayıb.

 Mayın 1-də "Santyaqo Bernabeuda baş tutacaq görüş türkiyəli Cüneyt Çakıra tapşırılıb. Ona həmyerliləri Bahattin Duran və Tarık Onqun kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Mustafa Eyisoy yerinə yetirəcək. Hüseyin Göçeklə Barış Şimşək isə əlavə hakim köməkçiləri olacaq.

 Qeyd edək ki, bu komandalar arasında Almaniyada keçirilən ilk oyunda "Real 2:1 hesablı qələbə qazanıb.