Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ötən həftə qeydə alınmış bahalaşmadan sonra ucuzlaşmağa başlayıb.

Unikal.org-un məlumatına görə, bununla belə, bitkoin 9 min dollardan yuxarı həddə qalmaqda davam edir.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 4,69% ucuzlaşaraq 9327 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də azalma davam edir. Belə ki, "Ethereum" 6,74% və ya 753,18 dollaradək, "Ripple" 6,59% (0,82 dollara qədər), "Bitcoin Cash" isə 7,53% (1613 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 435,42 milyard dollar təşkil edir və bunun 36 faizi bitkoinin payına düşür.