"Gələn ilə qədər elektrik enerjisi bahalaşmasa və digər qiymət artımları olmasa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişindaşımada biz elə qiymət müəyyən edəcəyik ki, bu bölgədə yaşayan insanların büdcəsinə uyğun olsun".

Unikal.org xəbər ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

C. Qurbanov qeyd edib ki, hal-hazırda qiymətlə bağlı konkret rəqəm söyləmək mümkün deyil.

"Bakı-Tbilisi-Qars həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstanın ərazisindən keçir. Bu qiymətlər birgə razılaşdırılmalıdır. Əsas məsələ odur ki, bunun siyasi tərəfi də var. Dövlət başçılarına məruzələr ediləcək, hansı qərar qəbul ediləcəksə, məsələlər o cür həll olunacaq", - deyə C.Qurbanov əlavə edib.