Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV sədri Arif Alışanova qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun növbəti məhkəmə prosesi keçirilib.

Unikal.org xəbər veri ki, iclasda təqsirləndirilən və zərərçəkən şəxslərin şahidləri dindirilib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rövşən Camalov ifadə verib. O, A. Alışanovu öldürməyə cəhd epizodu üzrə danışıb:

"Bir nəfər idarəyə yaxınlaşaraq, Arif Alışanova qarşı sui-qəsdlə bağlı məlumat verib. Daxil olan məlumat dərhal rəisə məruzə olundu. Rəhbərlik dərhal həmin şəxsin müraciəti əsasında araşdırma əmri verdi. Həmin şəxs bildirdi ki, 600 min manat müqabilində Arif Alışanovu öldürmək istəyiblər. Bu isə bizə əvvəlcə inandırıcı gəlmədi. Bunun üçün müraciət edən şəxsə sui-qəsdin təşkil olunacağı yeri əvvəlcədən bizə deməsini tələb etdik. Bunun üçün müraciət edən şəxsə sui-qəsdin təşkil olunacağı yeri əvvəlcədən bizə deməsini tələb etdik, ona əlaqə nömrəsi verdik. Bir müddət keçdikdən sonra o bizə Şamaxıda Arif Alışanovu hovuz kənarında təqsirləndirilən şəxslər tərəfindən güllələnəcəyi barədə məlumat verdi. Dərhal hadisə yerinə post patrul əməkdaşları göndərildi və sözügedən cinayət faktı baş tutmadı. Ondan sonra Şamaxıda Arif Alışanova sui-qəsd olunacağı haqqında məlumat aldıq, lakin bu təsdiqini tapmadı. Sonra həmin şəxs başqa bir istiqamətdə Arif Alişanova sui-qəsd olacağını bildirdi. Ağsudan Şamaxı istiqamətində hərəkət edən Şücayət Əkbərovun içərisində olduğu avtomobilə baxış keçirməyimizi istədi. Bu istək əsasında avtomobil Şamaxı yolunda saxlanıldı. Avtomobilin baqajında silah-sursat ("Kalaşnikov avtomat, tapança) aşkar edildi. Şücayət Əkbərov sözügedən silahları başqa yerdən aldığını etiraf etdi".

Proses mayın 25-də davam etdiriləcək.