Kapital Bank 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Möcüzələr xəzinəsi adlı sosial layihə təşkil edib.

Unikal.org xəbər verir ki, layihə çərçivəsində görmə qabiliyyəti məhdud uşaqlar üçün Azərbaycan dilində nağıllar oxunub, audio kitab formasında hazırlanıb. Layihə zamanı hazırlanan video çarx və fotolar Bankın Facebook sosial şəbəkəsindəki səhifəsinə yerləşdirilib - www.facebook.com/kapitalbank.

"Hər il olduğu kimi bu il də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti sosial layihəmizi həyata keçirdik. Disk formasında yazlan audio nağılları, Bakıda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün olan 5 nömrəli respublika xüsusi internat məktəbinə təhvil verdik. Həmin nağılları Kapital Bank-ın dəstəyi ilə fəaliyyət göstərən mərkəzin təqaüdçüləri səsləndirib. Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə və "Üçüncü Bahar təşəbbüs qrupuna təşəkkürümüzü bildiririk, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.