Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komissiyası Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini plenar iclasın gündəliyinə salmaqdan imtina edib. 
Unikal.org "news.am"a istinadən verdiyi məlumata görə, müəllifləri Zauri Postancyan və Qrant Baqratyanın olduğu qanun layihəsi komissiyanın iclasında səsverməyə çıxarılıb.
Layihənin lehinə yalnız "İrs" fraksiyasının nümayəndəsi Tevon Poqosyan, əlehinə isə hakim Respublika Partiyasından üzvü Hamlet Artunyan səs verib.