"Zirə yay fasiləsinin ilk transferini həyata keçirib.

Unikal.org klubun "facebook səhifəsinə istinadən xəbər verir ki, "qartallar İlkin Qırtımovla anlaşıb. "Neftçiylə yollarını ayıran cinah müdafiəçisi yeni mövsümdən "Zirənin formasını geyinəcək.

28 yaşlı futbolçu yeni komandası ilə bir illik müqavilə bağlayıb.

Qırtımov əvvəllər "Simurq və "Keşlədə də çıxış edib.