"Sumqayıt klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

Unikal.org-un klubun saytına istinadən verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi"Qəbələnin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb.

Bu, "Sumqayıt"ın 4-cü transferi olub. Nazim Süleymanovun baş məşqçi olduğu kollektivə daha əvvəl Əfran İsmayılov, Elvin Məmmədov və Şəhriyar Əliyev cəlb edilib.

Qeyd edək ki, Yusif Nəbiyev 2016/2017 mövsümündə də "Sumqayıt"ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.