20 İyun 2019
Dollarla bağlı qərar verildi - ARTIRILDI
Dollarla bağlı qərar verildi -ARTIRILDI İQTİSADİYYAT 22:17 2018-06-13

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

Unikal.org xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75- 2,0%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.