Rəssam-modelyer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfova ən dəbli geyinən azərbaycanlı məşhurun adını açıqlayıb.

Unikal.org xəbər verir ki,  o bu barədə qonaq olduğu ATV kanalının "Ondan sonra" verilişində danışıb. Modelyer, aparıcı Yusif Ağayevin "Azərbaycanın ən dəbli geyinən məşhuru kimdir? sualına cavab verib:

"Bir həftə özümə vaxt verdim və məşhurların geyim tərzini şərh etdim. Gördüm ki, Aygün Kazımova səhnə geyimlərinə çox əmək sərf edib. Bu yaxınlarda konserti oldu. Konsertə dəvətli idim, həm canlı izləmişdim, həm də efirdən izlədim. O, Azərbaycan dəb həftəsi çərçivəsində keçirilən dəfiləmi izləməyə gəlmişdi. Aygün Kazımova moda həftəsinə gəlmişdi ki, dəbin tendensiyalarını yaxından izləsin. Onun müxtəlif obrazları və fotosessiyaları göz qabağındadır. O, həmişə cəlbedici və maraqlı görünməyi, eyni zamanda dəblə ayaqlaşmağı bacarır. Aygün xanım bu imtahanda 5 balla qiymətləndirilir.