Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) sayı artırılıb.

Unikal.org xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişiklik edib.

Dəyişikliyə əsasən, açıq məkanda reklam yayımının qiyməti dövlət, yəni Tarif Şurası tərəfindən tənzimlənəcək.