15 İyul 2019
Qalatasaraydan növbəti transfer
Qalatasaraydan növbəti transfer İDMAN 17:40 2018-08-19

Türkiyə çempionu "Qalatasaray növbəti transferini rəsmiləşdirib.

Unikal.org xəbər verir ki, Super Liqa nəhəngi digər elita təmsilçisi "Alanyasporda çıxış edən Əmrə Akbabanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul klubu yeni transferi ilə 3 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Akbaba "Qalatasarayda ilinə 1 milyon 750 min avro qazanacaq. "Alanyaspora isə 4 milyon avro təzminat ödəniləcək.

Ötən ildən Türkiyə yığmasına da dəvət almağa başlayan Akbaba, 2013-cü ildən "Alanyasporda çıxış edirdi. O, daha öncə "Kahramanmaraş və "Antalyaspor klublarında da forma geyinib.