"Bakı Kristal zalı MMC 2017-ci ili 10 milyon 460 min manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 35,5% çoxdur. MMC 2016-cı ili 6 milyon 747 min manat zərər ilə bağlamışdı.

Unikal.org "Marja-ya istinadən xəbər verir ki, bu rəqəm MMC-nin maliyyə hesabatında yer alıb. Hesabata görə, "Bakı Kristal zalının 2017-ci ildə cəmi əməliyyat gəliri 2016-cı illə müqayisədə 4 dəfə artaraq 369 min 481 manata yüksəlib. MMC 2016-cı ildə 91 min 124 manat cəmi əməliyyat gəliri əldə etmişdi.

"Bakı Kristal zalının cəmi əməliyyat xərcləri isə 58% artaraq 10 milyon 830 min manat təşkil edib. Xərclər gəlirləri kəskin üstələdiyindən "Bakı Kristal zalı zərərdədir.
Ötən ilki xərclərin dəyişməz qalacağını hesab etsək, "Bakı Kristal zalı xərclərini bağlamaq üçün cəmi gəlirlərini 30 dəfə artırmalıdır. Nəzərə alsaq ki, gəlirlərin artırılması xərcləri də artırır. Belə olan halda MMC daha böyük məbləğlərdə gəlirlər hədəfləməlidir.

Hazırda "Bakı Kristal zalı MMC xərclərini dövlətin ayırdığı sərmayəsindən qarşılayır.