Gecə saatlarında istifadəyə verilməsinə hazırlıq görülən məktəb binasında hələlik bilinməyən səbəbdən yanğın başlayıb.

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, 8 otaq 56 yerlik məktəbdə hadisəyə səbəb qısaqapanma olduğu ehtimal olunur. .

*** 14:02

Quba rayonunda məktəb binasında yanğın olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Xaltan inzibati ərazi dairəsində yerləşən Çarxaçu dağ kəndində son tamamlama işləri aparılan modul tipli məktəbdə qeydə alınıb.

Yanğına elektrik xətlərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir.

Hadisə yerinə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər də gəlib.

Faktla bağlı araşdırma aparılır.