15 Dekabr 2018
14 Dekabr 2018
Neftin qiyməti 81 dolları ÖTDÜ
İQTİSADİYYAT 20:41 2018-09-24

Neftin qiyməti yenidən bahalaşıb.

Unikal.org  gazeta.ru -ya istinadən xəbər verir ki, artım OPEC+ təşkilatının açıqlamalarından sonra qeydə alınıb.
Belə ki, Londonun İCE Futures birjasında "Brent markalı neftin bir barreli 2,9 faiz bahalaşaraq 81,17 dollara satılıb. Bununla da "Brent" markalı neftin qiyməti 2014-ci il noyabrın 21-dən sonra ilk dəfə 81 dolları keçib.
Bununla yanaşı, Nyu-York birjasındakı hərracda WTI markalı neftin bir bareli 2,02 faiz bahalaşaraq 72,21 dollar olub.