11 Dekabr 2018
ADEX-2018 müdafiə sərgisi başladı
SİYASƏT 2018-09-25 10:32:00
  • A

Bakıda "ADEX-2018 üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi başlayıb.

Unikal.org-un məlumatına görə, sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edir.

Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edir.

Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr "ADEX 2018 sərgisində iştirak edirlər.

"ADEX 2018 sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki komplekslər, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizəsi üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorlar təqdim olunacaq. Bu il sərgidə digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunacaq və bu sektorda "MİQ ("МИГ), "TUSAŞ, "Leonardo, "ОАК, "Motor Siç ("Мотор Сич), "Rusiya Vertolyotları ("Российские вертолеты) və "Aeronautics Group kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edirlər.

Xatırladaq ki, sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers (CEO) şirkəti çıxış edir.

Sərgi sentyabrın 27-dək davam edəcək.