Azərbaycanda universitetdə ölüm hadisəsi baş verib. Yüksək bal toplamış tələbə dünyasını dəyişib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ölüm hadisəsi baş verib.

Unikal.org AzEdu.az-a istinadən xəbər verir ki, ADNSU-nun tələbəsi İlyas Paşayev Namiq oğlu dünən ürək tutmasından dünyasını dəyişib. İlyas Paşayev Energetika fakültəsinin ingilis dili bölməsi üzrə II kursda təhsil alıb. İlyasın ali məktəbə yüksək balla qəbul olunduğu bildirilir.