Azərbaycan Milli Məclisinin (MM) sabiq deputatı İbrahim Qafarov vəfat edib.

Unikal.org xəbər verir ki,  bunu report-a açıqlamasında parlamentin Mətbuat katibi Akif Təvəkküloğlu deyib.
O bildirib ki, İbrahim Qafarov Sabirabad rayonunda dəfn edilib: "İbrahim Qafarov ictimai-siyasi xadim olub. Ailəsinə səbr diləyirik.
Qeyd edək ki, İ.Qafarov 1995-ci ildə 83 saylı Sabirabad-Salyan seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilib.