Qazax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Qazax rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elşad Qocayev həbs edilib.

Ondan 405 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.