26 Aprel 2019
25 Aprel 2019
Olimpiya çempionuna 2 illik təklif
Olimpiya çempionuna 2 illik təklif İDMAN 12:24 2018-10-16

Səkkizqat olimpiya çempionu Useyn Bolt Avropanın futbol klublarından birindən təklif alıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Boltun agenti Toni Rallis verib. Rallis klubun adını açıqlamayıb. Ancaq bildirib ki, həmin klubun yeni sahibi var. Yeni rəhbərlik isə komandanı Çempionlar Liqasının qrup mərhələsində görmək istəyir.

Agent, Bolta 2 illik müqavilə təklif olunduğunu da bildirib.

Onu da qeyd edək ki, Useyn Bolt peşəkar futbolçu karyerasına Norveçin "Stromqodset komandasında başlayıb. O, bir neçə ay əvvəl Avstraliyanın "Sentral Kost Mariners klubuna transfer olunub.