Səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı daha bir qalmaqallı iddia ortaya atılıb.

Unikal.org xəbər verir ki, bu barədə "Yenişafak" məlumat yayıb. Məlumatda qeyd edilir ki, Kaşıkçı konsulluğa daxil olduqdan sonra Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik dəstə tərəfindən nəzarət altına alınıb. Daha sonra jurnalist vəliəhd şahzadə Məhəmməd bin Salmanla telefonda danışıb.

Vəliəhd danışıqlar zamanı Kaşıkçını Ər-Riyada dönməsi üçün dilə tutub, lakin jurnalist ölkəsinə dönəcəyi təqdirdə saxlanılaraq öldürüləcəyindən ehtiyat etdiyi üçün bunu rədd edib. Telefon danışığı başa çatdıqda isə sui-qəsd dəstəsi tərəfindən qətlə yetirilib.