Bu gün səhər saatlarında metronun Koroğlu stansiyasının yaxınlığında "Baku Bus MMC-yə məxsus iki marşrut avtobusu toqquşub. 

Unikal.org A24.Az-a istinadən xəbər verir ki, 1 nömrəli xətt üzrə hərəkət edən, 99 JX 322 dövlət nömrə nişanlı marşrut avtobusu hərəkətdə olarkən 13 nömrəli xətt üzrə sərnişin daşıyan, 99 JX 107 dövlət qeydiyyat nişanlı digər BakuBus avtobusu qəfildən ona çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlar olmasa da, hər iki avtobusa ciddi ziyan dəyib və yolda uzunmüddətli tıxac yaranıb.