Bir müddət öncə müğənni Mustafa Sandaldan ayrılan Emina Jahovicin iş adamı Saadettin Saranla sevgili olduğu deyilir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı çəkilən şəxslərin sosial şəbəkədə bir-birini izləməsi sevgili olmaq iddialarının daha da artmasına səbəb olub.

Hətta onların gizli şəkildə görüşdüyü də deyilir.

Bir müddət öncə də Emina ilə iş adamının sevgili olduğu deyilsə də onların yaxınları xəbəri yalanlamışdı. S.Saranın bir xanım tərəfindən öpüldüyü fotosu da yayılmışdı. Həmin fotoda qadının üzü aydın görülmsəsə də onun Emine Jahovic olduğu iddia edilmişdi.

Hər iki şəxs bu barədə açıqlama verməkdən boyun qaçırıb.

Xatırladaq ki, Sadettin Saran Hülya Avşarın keçmiş sevgilisi olub. Onların münasibəti 2013-cü ildə S.Saranın başçqası ilə evlənməsindən sonra bitib.