Sumqayıt və Bərdədə silah-sursat götürülüb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 24-də Sahil küçəsində 21 ədəd müxtəlif çaplı patron və 1 ədəd süngü bıçaq tapılıb.

Bundan başqa, Bərdə rayon Polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini Ramiz Zeynalovdan "TOZ-8 markalı tüfəng və 7 ədəd patron götürülüb.