Əməkdar artist Coşqun Rəhimov "Zaurla Günaydın" verilişində qonaq olub.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aktyor hazırda səhhətinin yaxşı olduğunu bildirib.

"Robot, dəmir deyilik. Hər bir orqan kimi xəstəliklər də fərqli olur. Allah heç kimə qismət etməsin. İndi xəstəlik tam bitib, nəzarət altındayam. Burda əməliyyat olundum. Öz həkimlərimizə daha çox inandım".