Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində hipertonik kriz keçirib.

Unikal.org xəbər verir ki, bu barədə aparıcı "Zaurla Günaydın" verilişinin bugünkü buraxılışında özü məlumat verib. O bildirib ki, hadisə 2 gün əvvəl "Bizimləsən"in çəkilişlərində baş verib.

"Bir saat efirə çıxa bilmədim. Çünki halım yaxşı deyildi. Verilişə çıxıb insanların üzərinə yıxılmaq istəmədim. Mən reytinqə işləmirəm, öz hayımda idim", - deyib.