Azərbaycanlı müğənni Azər Həsənov "O Səs Türkiyədə ifası ilə münsifləri heyran edib.

Unikal.org xəbər verir ki, A.Həsənov Türkiyənin "TV8 telekanalında yayımlanan "O Səs Türkiyədə Polad Bülbüloğlunun müəllifi olduğu "Gəl, ey səhər mahnısını oxuyub.

O, ifası ilə Murad Boz və Beyazıt Öztürkü özünə tərəf döndürə bilib. İki müsif arasında qalan Azər sonda Murat Bozu seçib.