Müğənni Bülənt Ersoy ötən gün məkanlardan birində səhnə alıb.

Unikal.org xəbər verir ki, sənətçi səhnəyə çıxmadan əvvəl müsahibə verib və bu sözləri deyib:

"Bu gecə bura yenə doludur. Şükürlər olsun. Mənim ən böyük sərvətim sevdiklərimdir".

Mahnısını oxumağa hazırlaşan müğənniyə izləyicilərindən biri "Səndən öyrənəcək çox şeyimiz var" sözlərini söyləyib. Bunu eşidən Ersoy isə belə cavab verib:

"Təbii ki, məndən öyrənəcək çox şeyiniz var. Məktəb kimi qadınam. Bu gözəl sözlərinizə görə təşəkkür edirəm".