"Təbii ki, hər valideyin istəyər ki, övladının xeyir işini görsün. Atam nə bizim, nə qardaşımın toyunu, nə də nəvə gördü. Onun üçün heyifslənirəm".

Unikal.org axşam.az-a istinadən bildirir ki, bu sözləri Sevinc və Sevil Səfərova bacıları ARB TV-nin "Səhər-Səhər" verlişində deyiblər. Əkizlər dünyasını dəyişən atalarından danışıblar. Bacılar bildiriblər ki, övlad kimi ona olan borclarını ödəyə bilməyiblər:

"Seva ilə ailə həyatı qursaydıq atam görərdi. Atam sağ olanda "Valideyninə görə ailə həyatı qur" deyiləndə başa düşmürdüm. Amma bu gün zamanı geri qaytara bilsəydim, sevmədiyim adamla da ailə həyatı qurmağa razı olardım. Təki ailəm mənim xeyir işimi görə bilsin.

Bu gün atamın gözü arxada qalıb. Hər gecə ağlayıram. Çünki ev təmirində atam hər gün deyirdi ki, ayın 5-i öz evimə köçəcəm. Ayın 4-ü rəhmətə getdi. Ayın 5-i də biz atamı basdırdıq. O, valideyin kimi öz borcunu yerinə yetirdi, amma biz övlad kimi borcumuzu yerinə yetirə bilmədik. Çünki mənim atam kirayədə rəhmətə getdi".