Müğənni Kərim Abasov keçmiş həyat yoldaşı Təranə Səmədovanın həbs olunmasından bəhs edib.

Unikal.org  xəbər verir ki, ifaçı onu Təranənin həbsinə sevinməkdə ittiham edənlərə cavab verib: "Allah şahidimdir ki, bu insanın tutulmağına sevinmədim. Gərək, elə qəddar, şərəfsiz olasan ki, insanın bu halına sevinəsən. Mən o ürəyin sahibi deyiləm. Sadəcə anasına ürəyim yanır, bir gün görməyib. Xəstəlikdən əziyyət çəkir. Allah onu anasına, balasına bağışlayıb ki, 1 il cəza ilə canını qurtarıb. Mənim də Allahım var. Allah qapısını açsın. Nə qədər düşmənim olsa da, reallıq var. Onunla evli olmuşam. Anası qabağıma yeməyin ən gözəl yerini qoyub, paltarımı yuyub. Haqqı var üzərimdə. Atası uşağına sahib çıxmadı. Mən onun ailəsinə baxaram, sahib çıxaram. İnsanın dar günüdə onu baltalamaq olmaz.