Fransanın paytaxtı Parisdə parklardan birinə ildırım düşüb.
Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində 6 nəfər yaralanıb. Xəsarət alanların vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə baş verən zaman parkda 11 nəfər olub. Onların kimliyi açıqlanmasa da, lakin çoxunun uşaq olduğu bildirilir.