Yevlax rayonunda yanğın olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Gülövşə kəndində ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.