13 Dekabr 2018
Milli Məclis hökumətə vaxt verdi - Noyabrın 23-nə qədər
SİYASƏT 13:24 2018-11-15
  • A

Milli Məclis 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirilən təkliflərə baxılması üçün hökumətə noyabrın 23-ə qədər vaxt verib.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O qeyd edib ki, büdcə paketinə daxil olan sənədlərin müzakirələri yekunlaşıb.

Spiker bildirib ki, noyabrın 23-də Milli Məclisin növbəti iclası keçiriləcək və hökumət səsləndirilən təkliflərə münasibət bildirəcək.

O.Əsədov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsinə daxil olan sənədlərin 3-cü oxunuşda müzakirəsi noyabrın 30-da baş tutacaq və həmin iclasda sənədlər qəbul olunmaq üçün yekun səsverməyə çıxarılacaq.