10 Dekabr 2018
Prezidentin Belarus səfərinə - PA-dan MÜNASİBƏT
SİYASƏT 2018-11-17 14:43:00
  • A

"Azərbaycan və Belarus arasında xüsusi münasibətlər var. Dövlərlərimiz arasındakı münasibətlər qarşılıqlı anlaşmaya, tərəfdaşlığa və dostluğa əsaslanır. Bu, ilk növbətə dövlət başçıları səviyyəsindəki münasibətlərdir və dostluqdur ki, nəticə etibarilə Azərbaycanla Belarus arasında münasibətlərin, strateji tərəfdaşlığın inkişafına xidmət göstərir".

Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, diplomatik münasibətlərdə və protokolda müstasna bir hal idi ki, Azərbaycan Respublikasının Belarusdakı səfiri Belarus prezidenti tərəfindən qəbul olundu və iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu: "Həmçinin dövlətimizin başçısı tərəfindən də Belarusun Azerbaycandakı səfiri qəbul olundu. Və diplomatik protokol qaydalarına istisna şəkildə Azərbaycan-Belarus əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barəsndə geniş bir müzakirələr aparıldı.

Bu gün Azərbaycan və Belarus arasında münasibətlər siyasi, iqtisadi, ticarət, hərbi-texniki, mədəni, humanitar və diqər sahələri əhatə edir və ticarət dövriyyəsi daimi sürətlə artır. Həmçinin də dövlətimizin başçısının yaxın vaxtlarda Belarusa səfəri nəzərdə tututlub. Belə ali səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır. Və bu səfər çərçivəsində də çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulub. Hesab edirik ki, bu səfər nəticə etibarilə Azərbaycan və Belarusiya arasındandakı əlaqələrin inkişafına daha da ciddi bir şəkildə təkan verəcək".