13 Dekabr 2018
Meşə yanğınları ilə mübarizəyə yüzlərlə vertolyot qoşuldu, 71 ölü - VİDEO
DÜNYA 10:36
  • A

Amerika günahkar axtarır.

Unikal.org xəbər verir ki, Kaliforniyada güclü yanğınları söndürmək get-gedə çətinləşdiyi bir vaxtda ölkədə artıq yeni "atəş" alışır - siyasi müzakirələr.

Demokratlar və respublikaçılar ABŞ-ın ən sıx məskunlaşmış ştatının meşələrinin hansı səbəbdən yandığını aydınlaşdırmağa çalışırlar.

Şübhələnilənlərin arasında Kaliforniya hakimiyyəti və qlobal istiləşmə durur.

Məlumat üçün bildirək ki, Kaliforniya ştatında dəhşətli yanğınlar nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb.

Mindən artıq insan itkin düşmüş hesab edilir.

Təxminən 10 min bina məhv edillib, 300 min insan fəlakət zonasından təxliyə olunub.

Alovun söndürülməsinə Milli qvardiyanın aviatexnikası cəlb edillib.(milli.az)