Bu gecə Göygöldə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Göygöl rayonunun Xaqani kəndində ümumi sahəsi 400 m² olan fermanın yanar konstruksiyaları 200 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.