"Soliton" Mağazalar Şəbəkəsinin kredit şöbəsinin əməkdaşı hücuma məruz qalaraq döyülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.