Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Çuxanlı kəndi ərazisində hələlik şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vurub.

Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan şəxs hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.