Lənkəran rayon sakininə çaqqallar hücüm edərək ona xəsarət yetirib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanbulan kəndində baş verib.

Belə ki, səhər saatlarında işə getmək üçün həyətdən çıxan Cavad Şəmsəddin oğlu Muradov çaqqallarla üz-üzə gəlib. Bu zaman yırtıcı heyvanlar ona hücum edib. O yırtıcı heyvanlara müqavimət göstərən zaman müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səsə C.Muradovun atası gəlib və çaqqallardan birini öldürüb. Xəsarət alan C.Muradov xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə peyvənd vurulub.