10 Dekabr 2018
Hansı rayonda daha çox pambıq yığılıb? - STATİSTİKA
İQTİSADİYYAT 2018-11-20 23:01:54
  • A

Noyabrın 20-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 211 min 197 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məliumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz, yaxud 26 min 757 ton çox pambıq tədarük olunub.

Məlumata görə, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Noyabrın 20-nə olan məlumata görə, pambıq tədarükündə Saatlı (27 min 674 ton), Bərdə (22 min 736 ton), Ağcabədi (21 min 689 ton), Biləsuvar (20 min 104 ton) və Beyləqan (19 min 747 ton) rayonları irəlidədir.

Hazırda məhsul yığımı davam edir.