21 Mart 2019
20 Mart 2019
Maşın piyada keçidində ahıl kişini vurub öldürdü
Maşın piyada keçidində ahıl kişini vurub öldürdü HADİSƏ 11:57 2018-11-21

Sumqayıtda maşın piyadanı vuraraq öldürüb.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Yaşar Əziz oğlu Əhmədov piyada keçidindən yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. Yaralı yaxınlıqda olan insanların köməkliyi ilə xəstəxayənaya çatdırılıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.