13 Dekabr 2018
Bakıda həyat yoldaşından ayrılan kişidən DƏHŞƏTLİ ADDIM
HADİSƏ 12:40
  • A

Bakı sakini intihar edib.

Unikal.org report-a istinadən xəbər verir ki, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Xasayev Yaşar Kamal oğlu özünü həyətin darvazasından asıb.

İntiharın dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.

İlkin araşdırma zamanı məlum olub ki, Y.Xasayev bir müddət öncə həyat yoldaşından ayrılıb və tək yaşamağa başlayıb.

Faktla bağlı araşdırma aparılır.