11 Dekabr 2018
Prezident direktora Şöhrət ordeni verdi - SƏRƏNCAM
MƏDƏNİYYƏT-ŞOU 2018-11-21 18:08:08
  • A

Prezident İlham Əliyev Çingiz Fərzəliyevin "Şöhrət ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Çingiz Əbdül Məcid oğlu Fərzəliyev "Şöhrət ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ç. Fərzəliyev Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimidir.