Hacıqabul sakinlərindən ov tüfəngləri götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Unikal.org-a verilən məlumata görə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Meyniman kənd sakini Fətulla Məmişov qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün saxlanılıb. Onun həyətyani sahəsinə baxış keçirilən zaman yarımtikilidə  1 ədəd "BUM markalı ov silahı aşkar edilərək götürülüb. 

Hacıqabul RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Hacıqabul rayon sakini Əliyusif  Rəsulovdan 1 ədəd "TULA markalı ov silahı aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.