Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşüb.

Unikal.org bu barədə ICE London qitələrarası birjasında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Sonuncu dəfə belə bir rəqəm 2017-ci ilin oktyabr ayında qeydə alınmışdı.

Hazırda Şimal dənizi neft qatışığının yanvar fyuçerslərinin bir barelinin qiyməti 59,46 dollar təşkil edir. Gün ərzində Brent markalı neft 5,3 faiz ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin bir barelinin qiyməti isə 5,9 faizi azalaraq 50,88 dollar təşkil edib.