Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku jurnalının baş redaktoru Leyla Əliyeva ilə müğənni-bəstəkar Emin Ağalarovun əkiz oğulları Mikayıl və Əlinin bu gün 10 yaşı tamam olur.

Unikal.org xəbər verir ki, bu münasibətlə Emin Ağalarov oğullarının fotosunu paylaşraq onları sosial şəbəkədə təbrik edib:

"Bu 10 il göz qırpınında keçdi. Oğlanlarım doğum gününüz mübarək! Bütün uşaqlara xoşbəxtlik arzu edirəm. Leyla, bu möcuzə üçün sənə təşəkkür edirəm.

Moskvada yaşayan müğənni oğullarına sürpriz edərək gecəyarı Bakıya gəlib. O, Əli və Mikayılla çarpayıda çəkilən şəkillərini paylaşaraq "Çatdırdım" deyə qeyd edib.